Silva söz verdi: “Putin Braziliyaya gəlsə, həbs olunmayacaq”backend

Silva söz verdi: "Putin Braziliyaya gəlsə, həbs olunmayacaq"

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin gələn il Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə həbs olunmayacağını bildirib.

KONKRET.az xəbər verir ki, Silva fikrini belə əsaslandırıb:

“İnanıram ki, Putin asanlıqla Braziliyaya gedə bilər. Sizə deyə bilərəm ki, əgər mən Braziliya prezidenti olsam və o, Braziliyaya gəlsə, heç vaxt həbs olunmayacaq”, – deyə “Reuters” Luiz İnasio Lula da Silvanın sözlərindən sitat gətirib.

Xatırladaq ki, martın 17-də İkinci Beynəlxalq Cinayət Məhkəməsinin İstintaq Palatası Rusiya prezidenti Vladimir Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. İndi BCM-ə üzv olan bütün ölkələr qanuni olaraq Rusiya Prezidentini həbs etmək və məhkəməyə vermək məcburiyyətindədirlər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*