Ermənistan parlamentinin spikeri Paşinyanın oğluna hücumla bağlı paylaşımını silib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən Baş nazirin oğlu Aşot Paşinyana hücumla bağlı “Facebook”dakı paylaşımını çıxarıb.
Mətbuatın yazdığına görə, o, bunu Aşot Paşinyanın spikerin sosial şəbəkədəki yazısını faktiki olaraq inkar edən bəyanatından sonra edib.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Aşot Paşinyanın hücuma məruz qaldığını yazıb.
Aşot özü bu gün bu barədə açıqlama verib: “Mənə qarşı heç bir siyasi və ya başqa hücum olmayıb. Təəssüf ki, haqqımda yayılan yalan məlumatları təkzib etməliyəm. O ki qaldı “məlumat”ın yayılmasına, məncə, ən təəccüblü olanı bunu kimin etməsidir”.
Xuraman Etibarlı,
KONKRET.az
