“Rusiyasız nəinki Qarabağ, heç Ermənistan olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu təbliğatçı, “Russia Today”in baş redaktoru Marqarita Simonyan deyib.
O bildirib ki, Paşinyana səs verən ermənilər başa düşməlidirlər ki, Rusiya Federasiyası olmadan təkcə Qarabağ yox, Ermənistan da olmayacaq.
“Ermənistan Rusiyasız məhvə məhkumdur. Paşinyan da bunu sözsüz başa düşür. O, bunları bilə-bilə Amerikanın planlarını qəbul edib, onların qucağına atılacaqsa, deməli, Paşinyan Ermənistanı və erməni xalqını vecinə almır.
Paşinyana səs verən ermənilər başa düşməlidirlər ki, Rusiya olmasa, nəinki Qarabağ, heç Ermənistan da olmayacaq
Müharibəni kim dayandırdı? Vladimir Putin. Amerika heç barmağını da tərpətmədi. Ermənistanda yaşayan ermənilər bunu anlamırlarmı, kordularmı? Amerika, Fransa və başqaları kömək etdilər? Etmədilər. Putin olmasaydı, Qarabağı bütün itirəcəkdilər.
Vaşinqton razılaşmasını qəbul etsələr, Qarabağ bütünlüklə Azərbaycanın tərkibinə keçir. Sonra rus sülhməramlılar çıxacaq. Daha sonra Ermənistandan Rusiya bazası cıxacaq. Və Ermənistan bir dövlət kimi yox olacaq.
Bir müddət sonra uşaqlarımız Ermənistan haqqında kitablardan oxuyacaq”, – Simonyan deyib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
