“Simonyan təkcə Mkrtçyana deyil, bütün Ermənistana tüpürüb” – Tevos Arşakyanbackend

"Simonyan təkcə Mkrtçyana deyil, bütün Ermənistana tüpürüb" - Tevos Arşakyan

“Simonyan konkret olaraq Karen Mkrtçyandan üzr istəməyib. Bu isə parlament spikerinin iflasa uğradığını əyani şəkildə sübuta yetirir. O, sadəcə Paşinyan və hakim “Mülki Müqavilə” partiyasının ondan tələb etdiyi addımı atıb”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Bu gün demokratiya Ermənistanın bir nömrəli beynəlxalq “brendidir”. Baş nazir Nikol Paşinyanın istər Milli Assambleyadakı hökumət saatında, istərsə də yerli və xarici mediaya müsahibələrində tez-tez bu ifadəni təkrarlayır. Göründüyü kimi, Ermənistanın hökumət başçısı və əsas “demokratı” demokratiyanın boş söz yığını olmadığını bilmir. Demokratiya öz-özünə bərqərar olmur. Onun komanda üzvlərində demokratiyadan əsər-əlamət yoxdur. Məsələn, Paşinyanın silahdaşlarından olan Milli Assambleyanın spikeri Alen Simonyanı götürək. O, repatriatın üzünə tüpürdükdən sonra çoxsaylı nəşrlərin obyektinə çevrilib. Əgər Simonyan adi bir insan olsaydı, bu zaman etdiyi hərəkətə hardasa haqq qazandıra bilərdi. Amma yüksək vəzifə daşıyan birinin küçədə insanın üzünə tüpürməyə haqqı yoxdur. Çünki Demokratik dövlətdə məmur və ya deputat cəmiyyət qarşısında məsuliyyət daşıyır”, – Arşakyan vurğulayıb.

“Onlar üçün Konstitusiyaya, qanunlara və etik prinsiplərə riayət etmək şəxsi maraqlardan üstün olmalıdır. Amma bizdə parlamentin spikeri öz mühafizəçilərinə fitnəkarı əymək tapşırığı verir ki, sonra ona yaxınlaşıb zövqlə üzünə tüpürə bilsin. Simonyanın bu pis əməli ölkədə və hətta onun hüdudlarından kənarda da qınaq obyektinə çevrilib. Hətta Ermənistanın ilk prezidenti Ter-Petrosyan da “qış yuxusundan” oyanaraq hakimiyyəti Simonyanın istefası prosesinə başlamağa çağırıb. Nəzərə alın ki, Simonyan konkret olaraq Karen Mkrtçyandan üzr istəməyib. Bu isə parlament sədrinin oyun oynadığının əyani sübutudur. O, sadəcə olaraq cəmiyyətdəki aqressiyanı aşağı salmaq üçün Paşinyan və “Mülki Müqavilə”nin ondan tələb etdiyi addımı atıb. Beləliklə, Simonyan təkcə Mkrtçyana deyil, bütün Ermənistana tüpürüb”, deyə Tevos Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*