Şirvanda ağır QƏZA: Ölən və yaralanan var – FOTObackend

Şirvanda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı digər yük avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*