Siyarto: “Dərhal danışıqlara başlayın, əks halda…”backend

Siyarto: “Dərhal danışıqlara başlayın, əks halda...”

“Ukrayna ilə bağlı sülh danışıqları indi başlamalıdır, əgər münaqişə davam edərsə, bu, eskalasiya ilə nəticələnəcək”.

KONKRET.az xəbər verir ki, bunu SPIEF 2024 çərçivəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, sülh mümkün qədər tez əldə edilməlidir. Sülh danışıqları başlamalı və dərhal atəşkəs əldə edilməlidir”.

Eyni zamanda Siyarto bildirib ki, Macarıstan Şimali Atlantika Alyansını Rusiya ilə mümkün birbaşa toqquşmaya yaxınlaşdıran NATO əməliyyatlarında iştirak etməyəcək.

“Biz hesab edirik ki, NATO-nun Ukraynaya hərbi təlim və ya silah göndərilməsi kimi istənilən qərarı alyansı müharibədə iştiraka yaxınlaşdırır. Biz isə bunu istəmirik. Biz açıq şəkildə bildiririk ki, biz silahların tədarükündə, hərbçilərin təlimində iştirak etməyəcəyik, maliyyələşdirmə ilə məşğul olmayacağıq”, – deyə nazir vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*