“Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müddəalar çıxarılmalıdır”.
KONKRET.az-ın məlumatına görə, bunu Parlamentin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Təsəvvür edin ki, prezidentliyə namizədlə hansısa kənddə bələdiyyə üzvlüyünə namizədə eyni sənədləri toplamaq tələbi qoyulur”, – deyə S.Novruzov əlavə edib və bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı məsələlər ayrıca qanunla tənzimlənməlidir.
