Həkimlər dənizdə boğulan gənci son anda xilas etdilər.
Bu gün Siyəzən rayonunun Böyük Həmyə kənd sakini 1987 ci il təvəllüdlü Qafarov Vicay Səfərəli oğlu dənizdə çimərkən boğulub. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə yerinə gələn Siyəzən regional diaqnostika mərkəzinin təcili yardım xidməti ölüm ayağında olan gənci həyata qaytara bilib.
Vicay Qafarov xəstəxanada müayinə edildikdən sonra evə buraxılıb.
Cəlal Fərzəliyev,
Konkret.az
