“Bakının dəhlizi açmaq cəhdləri təkcə İran və Rusiyaya deyil, digər ölkələrə də mənfi təsir göstərəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov erməni mediasına müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizi fikri İran, Rusiya daxil olmaqla başqa ölkələri də qıcıqlandıracaq.
“Kommunikasiya normal, məqbul və əlçatandır, amma dəhliz fantaziya aləmidir”, – Skakov deyib.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli bəyanatda söhbət dəhlizdən yox, rabitədən gedirdi. Ona görə də Bakı tərəfdən bu “səhv anlaşılır”.
“İranın Azərbaycana qarşı istənilən aktiv hərbi əməliyyata hazır olduğuna əmin deyiləm.
Ancaq bu o demək deyil ki, İran fəaliyyətsiz olacaq. Biri demarkasiya olunmamış sərhəd mübahisəsidir, digəri isə Azərbaycanla Naxçıvan arasında dəhlizdən keçmək üçün Ermənistana “təcavüzdür”. Bunlar tamam başqa şeylərdir. Bu, mümkün deyil və Bakı bununla razılaşmayacaq”, – Skakov əlavə edib.
O hesab edir ki, bu cür hərəkətlər təkcə İran və ya Rusiya tərəfindən deyil, bütün dünyada böyük mənfi reaksiyaya səbəb olacaq.
Xuraman Etibarlı,
KONKRET.az

Bəs bizim ərazimizdən Qarabağın Ermənilər yaşayan hissəsinə dəhliz təcavüz deyil? Ola olar bizə olmaz?