Slutski: “Azərbaycandakı seçkilərlə bağlı ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır”backend

Slutski: "ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır"

“Ötən gün Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri açıq və rəqabət şəraitində keçib”.

KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, parlament seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tənqidləri qeyri-obyektiv xarakter daşıyır.

Slutskinin sözlərinə görə, avropalı müşahidəçilər qərəzlidirlər və ikili standartlardan çıxış edirlər.

APA.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*