Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov vəzifəsindən azad edilib.
KONKRET.az-ın şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Mariam Valişvili təyin edilib.
M.Valişvili bu təyinata qədər SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri olub.
