Rusiyanın təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Putin, Əliyev və Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən məlumat verilib.
Danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımlar, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı, ticarət məsələlərinin müzakirəsi planlaşdırılır.
Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca söhbətlər də planlaşdırılır.
Xuraman Etibarlı,
KONKRET.az
