İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə Amazon şirkətinə məxsus məlumat emalı mərkəzinə raket zərbəsi endirildiyini və obyektin məhv olunduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, ISNA agentliyinin yaydığı məlumata görə, SEPAH hücumun bir neçə qanadlı raketlə həyata keçirildiyini bildirib.
İran tərəfinin iddiasına əsasən, zərbə ABŞ-ın Darxoveyndə tikilməkdə olan atom elektrik stansiyasının obyektlərinə və mülki infrastruktura endirdiyi hücumlara cavab olaraq həyata keçirilib.
Bəyanat hələlik ABŞ, Bəhreyn və ya Amazon tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
