“Baş nazirin nitqindəki vacib açıqlamalardan biri də Ermənistan ordusunin gələcəyi ilə bağlıdır. Nikol Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan ordusu ayrıca bir struktur olmayacaq, Rusiya ordusu daxilində bir qüvvəyə çevriləcək”.
KONKRET.az xəbər verir ki, bununla bağlı “Hraparak” qəzeti sensasion yazı ilə çıxış edib.
Qəzet daha sonra yazır: “Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin əsasını Ermənistan-Rusiya ittifaqı təşkil edir. Rusiya hərbi bazasının genişləndirilməsi məsələsini və Sünikdə güclü bir bazanın yaradılması ehtimalını müzakirə edirik”, – deyən Paşinyanın planı aydındır. Qeyd edək ki, Paşinyan öz nümayəndəsi Ararat Mirzoyanı Sankt-Peterburqa bu məsələ ilə bağlı danışıqlara göndərib”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
