“Bu müharibə ağır və dəhşətli olacaq”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı və teleaparıcı Vladimir Solovyov öz verilişinin efirində deyib.
Solovyov ölkəyə daha çox “vətən uğrunda ölməyə hazır olmaq” lazım olduğuna işarə edib.
“Bu o deməkdir ki, bizə ordu lazım olacaq. Üç, beş, bəlkə də iyirmi milyon ordu, nə qədər lazımdırsa, o qədər. Bu müharibə bizim hüquq və mədəniyyətimizin qorunması üçün aparılır. Cinlərlə, satanizmlə, NATO ilə müharibədir. Deməli, bu müharibə elə ağır və dəhşətli olacaq ki, biz hələ belə müharibə görməmişik. Deməli, bizə istehsal lazımdır, işləyənlər gecə-gündüz yatmırlar”, – o deyib.
Solovyovun bu çıxışı ruslar arasında çaşqınlıq yaradıb. Onlar bunun yeni səfərbərlik dalğasına işarə olduğunu ehtimal edirlər.
Bəzi sosial şəbəkə istifadəçiləri Solovyovun “içinə cin girdiyini, onun cinlərə qarşı müqəddəs su içməli olduğunu bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
