Somalidə terror aktında ölənlərin sayı 21-ə çatdıbackend

Somalidə terror aktında ölənlərin sayı 21-ə çatdı

Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.

“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, – polis əməkdaşı açıqlayıb.

Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*