SON DƏQİQƏ: Ali məktəblərə qəbul imtahanlarında dəyişiklik olacaq?backend

SON DƏQİQƏ: Ali məktəblərə qəbul imtahanlarında dəyişiklik olacaq?

Azərbaycanda ali məktəblərə qəbul zamanı tətbiq edilən qrup imtahanlarının gələcəkdə ixtisaslar üzrə imtahanlarla əvəzlənib-əvəzlənməyəcəyi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bəzi təkliflərdə abituriyentlərin əvvəlcədən seçdikləri ixtisasa uyğun imtahan vermələrinin daha məqsədəuyğun olduğu bildirilir. Bəs yaxın illərdə belə bir dəyişiklik mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, qrup imtahanlarının ixtisas imtahanları ilə əvəzlənməsi məsələsi əvvəllər də müzakirə olunub:

Subbakalavrlara distant təhsil alma imkanları yaranacaq" - Məzahir Məmmədli

“Ümumiyyətlə, DİM tərəfindən qəbul imtahanlarının qruplar üzrə deyil, ixtisaslar üzrə keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Təklif olunur ki, abituriyentlər əvvəlcədən seçdikləri ixtisas istiqamətinə uyğun imtahan versinlər və hansı sahədə təhsil alacaqları daha erkən müəyyənləşsin”.

Ekspertin sözlərinə görə, yaxın bir-iki il ərzində bu istiqamətdə dəyişiklik gözlənilmir:

“Düşünmürəm ki, yaxın 1-2 il ərzində belə bir yenilik tətbiq olunsun. Adətən bu cür məsələlər gündəmə gələndə əvvəlcə Dövlət İmtahan Mərkəzi tərəfindən geniş müzakirəyə çıxarılır. Daha sonra həmin müzakirələrin nəticələrinə əsasən aidiyyəti qurumlar qərar qəbul edirlər. Hazırda bu mövzuda hər hansı rəsmi müzakirə aparılmadığı üçün yaxın perspektivdə imtahanların qruplar üzrə deyil, ixtisaslar üzrə keçirilməsi real görünmür”.

Məzahir Məmmədli vurğulayıb ki, hazırkı mərhələdə qəbul sistemində belə bir dəyişikliklə bağlı konkret siqnallar müşahidə olunmur və yaxın illər üçün bunun həyata keçirilməsi nəzərdə tutulmur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*