SON DƏQİQƏ: Daha bir erməni şirkəti sanksiyaya məruz qaldıbackend

SON DƏQİQƏ: Daha bir erməni şirkəti sanksiyaya məruz qaldı

Avropa İttifaqının (Aİ) rəsmi jurnalında “Tako” MMC (Taco – red.) kimi qeyd olunan erməni şirkəti 11-ci anti-Rusiya sanksiyalar paketinə daxil edilib.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru Karen Adonts bildirib.

Qeyd edək ki, bu sanksiyalar Aİ-nin iyunun 23-də tətbiq edilib.

O, Nazirlər Kabinetini digər erməni şirkətlərini dəvət etməyə, dolğun məlumat verməyə və bu və ya digər risklərin olmaması üçün hansı məhsulun ixracının çox təhlükəli olduğu barədə məlumatlandırmaya çağırıb.

“Əgər siz, məsələn, tekstil və ya kosmetikanı Rusiyaya ixrac edirsinizsə, bu, problem yaratmır və belə məhdudiyyətlər yoxdur. Amma bu siyahı genişlənə bilər və bu halda problemlər yarana bilər. Təhlükə başa düşüləndir, ona görə də Ermənistan hökuməti şəffaflığı təmin etməlidir”, – deyə ekspert əlavə edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına iki erməni şirkəti daxildir: yuxarıda adı çəkilən “Tako” və “Milur Electronics”. Sanksiyalarla bağlı yayılan məlumata görə, bu iki şirkət elektronikanın topdan satışı ilə məşğuldur. “Tako” Rusiyanın elektronika dileri “Radioavtomatika” ilə, Milur isə Rusiyanın Milandr inteqral sxem dizayn şirkəti ilə əməkdaşlıq edir.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*