SON DƏQİQƏ: “Ermənistan parlamenti müxalifətin Laçın dəhlizi ilə bağlı bəyanatını qəbul etmədibackend

SON DƏQİQƏ: "Ermənistan parlamenti müxalifətin Laçın dəhlizi ilə bağlı bəyanatını qəbul etmədi

“Ermənistan parlamenti müxalifətin Laçın dəhlizi ilə bağlı bəyanatını qəbul etməyib”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, parlamentarilər bəyanatın mətni ilə bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən də Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının Laçın dəhlizi ilə bağlı bəyanat layihəsini gündəliyə daxil etməyib. Hakim partiyanın “Mülki müqavilə” fraksiyası səsvermədə iştirakdan imtina edib və bəyanat layihəsi gündəliyə salınmayıb. Belə ki, 28 deputat (deputatların yarısından az hissəsi) “lehinə” səs verib.

Qeyd edək ki, “Hayastan” blokunun deputatı Andranik Tevanyan bəyanatı təqdim edərkən öz erməni xislətinə sadiq qalıb və Azərbaycanı Laçın dəhlizini bağlamaqda, Beynəlxalq Məhkəmənin qərarını icra etməməkdə günahlandırıb. Tevanyanın sözlərinə görə, bəyanatda Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına tam dəstək ifadə edilir və onun mandatının uzadılmasının zəruriliyi qeyd olunur.

Öz növbəsində, “Mülki müqavilə” fraksiyasının deputatı Mariya Karapetyan qeyd edib ki, Ermənistan parlamenti artıq dekabrın 14-də Laçın dəhlizi ilə bağlı bəyanat qəbul edib. “Mülki Müqavilə” fraksiyası layihənin mətninin müzakirəsi təklifi ilə “Hayastan” blokuna müraciət etsə də, tərəflər bir sıra formasiyalar üzrə razılığa gəlməyiblər. Elə bu səbəbdən də “Hayastan” blokunun bəyanatı parlament tərəfindən qəbul olunmayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*