SON DƏQİQƏ: Ermənistanda böyük həbslər başladı – Siyahıda sabiq nazirlər və daha kimlər var?backend

SON DƏQİQƏ: Ermənistanda böyük həbslər başladı - Siyahıda sabiq nazirlər və daha kimlər var?

Ermənistanda keçmiş təhsil naziri və Respublika Partiyası sədr müavini Armen Aşotyan İrəvanın Brusov adına Dövlət Universitetinə məxsus əmlakın qanunsuz satışı ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

KONKRET.az xəbər verir ki, istintaq Komitəsinin məlumatına görə, Aşotyan bir neçə digər şəxs ilə birlikdə universitetə aid daşınmaz əmlakın və İrəvanın mərkəzində yerləşən 451 kvadratmetrlik torpaq sahəsinin qanunsuz şəkildə özgəninkiləşdirilməsi sxemini təşkil edib.

Əmlakın dəyəri təxminən 200 milyon dram (təxminən 540 min ABŞ dolları) qiymətləndirilir.
İstintaq iddiasına əsasən, həmin əmlak əvvəlcə iştirakçılardan birinin adına rəsmiləşdirilib, daha sonra isə mənşəyini gizlətmək məqsədilə saxta şəkildə başqa şəxsə satılıb.

Məlumata görə, iş üzrə keçmiş universitet rektoru Gayane Qasparyan da daxil olmaqla bir neçə şəxs saxlanılıb. Məhkəmə həmçinin keçmiş müdafiə naziri Vigen Sərkisyan, keçmiş maliyyə naziri Qagik Xaçatryan və üç prorektor barəsində həbs qətimkan tədbiri seçib. Ümumilikdə yeddi nəfər ittiham olunur.

Bundan başqa, keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın sabiq meri Qagik Beqlaryanın da saxlanıldığı bildirilir. Rəsmi səbəblər açıqlanmasa da, onun barəsində əvvəllər bir neçə epizod üzrə cinayət işi açılmışdı. O, dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunurdu.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*