SON DƏQİQƏ: Ölkədə saatlıq əməkhaqqı sisteminə keçiləcək, maaşlar belə hesablanacaqbackend

SON DƏQİQƏ: Ölkədə saatlıq əməkhaqqı sisteminə keçiləcək, maaşlar belə hesablanacaq

Azərbaycanda əmək münasibətlərində saatlıq iş rejiminin tətbiqi ilə bağlı müzakirələr davam edir.

Bəs bu dəyişiklik ilin sonuna qədər reallaşa bilərmi və işçilərin maaşlarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, ilin sonunadək bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi ehtimalı müzakirə olunur.

Əkrəm Həsənov: “Bahalaşma olacaq” Pravda.az

Onun sözlərinə görə, nəzərdə tutulan yenilik əməkhaqqının hesablanma mexanizmi ilə bağlıdır:

“Hazırda bu barədə söhbətlər gedir ki, qanuna dəyişiklik ediləcək və əməkhaqqı saat hesabı ilə müəyyənləşdiriləcək. Lakin bu, əməkhaqqının artacağı anlamına gəlmir. Sadəcə olaraq aylıq maaş saatlara bölünəcək və bir saatın dəyəri müəyyən ediləcək.

Bu, fundamental dəyişiklik deyil. Əməkhaqqının hesablanma formasında texniki yenilikdir. Yəni işçinin gəliri avtomatik olaraq artmayacaq, sadəcə maaşın hesablanma üsulu dəyişəcək”.

Qeyd edək ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi iş vaxtının daha dəqiq uçotunun aparılmasına və əmək münasibətlərinin tənzimlənməsində yeni yanaşmanın formalaşmasına xidmət edə bilər. Bununla belə, məsələnin reallaşması üçün müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsi tələb olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*