SON DƏQİQƏ: Uşaqpulu verilsə, aylıq məbləği belə olacaqbackend

SON DƏQİQƏ: Uşaqpulu verilsə, aylıq məbləği belə olacaq

Azərbaycanda sosial təminatla bağlı ən çox müzakirə olunan məsələlərdən biri də uşaq pulunun bərpasıdır. Son illər ölkədə qiymət artımı, ərzaq və kommunal xərclərin yüksəlməsi, ailələrin gündəlik büdcəsinə düşən yükün ağırlaşması fonunda bu məsələ yenidən aktuallaşıb. Xüsusilə, azyaşlı övlad böyüdən ailələr hesab edir ki, mövcud sosial dəstək mexanizmləri bütün vətəndaşları əhatə etmir və uşaqlar üçün universal dəstəyə ehtiyac var.

Digər tərəfdən, dövlət büdcəsinin imkanları, sosial xərclərin prioritetləri və ölkənin demoqrafik göstəriciləri də bu məsələyə ehtiyatla yanaşılmasını şərtləndirir. Mütəxəssislərin bir qismi hesab edir ki, uşaq pulunun bərpası ailələrin sosial rifahına müsbət təsir göstərə, hətta gələcəkdə yoxsulluq riskinin azalmasına xidmət edə bilər. Digərləri isə Azərbaycanın hazırda demoqrafik böhran yaşamadığını və dövlətin maliyyə resurslarının daha vacib sahələrə yönəldilməsinin məqsədəuyğun olduğunu düşünür.

Bəs Azərbaycanda uşaq pulunun yenidən verilməsi real görünürmü və belə bir qərar qəbul olunarsa, aylıq məbləğ nə qədər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət hesab edir ki, dövlətin iqtisadi imkanları genişləndikcə vətəndaşların, xüsusilə də yeni nəslin sosial təminatının gücləndirilməsi istiqamətində əlavə addımlar atıla bilər.

Rusiya tərəfdaşlarını itirə-itirə gedir” - Azər Həsrət » Azxeber.com  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

“Uşaq pulu verilə bilər. Sadəcə olaraq vəziyyət elədir ki, Azərbaycan hələlik buna zərurət duymur. Bununla belə, kiçik, simvolik bir məbləğlə bu prosesə başlanılması mümkündür.

Azərbaycan Qarabağ məsələsini kökündən həll edib, dinc dövrə qədəm qoyub. Böyük sülh prosesi başlayıb. Artıq insanların rifahı haqqında daha çox düşünmək imkanı əldə etmişik. Bu baxımdan müəyyən addımlar atıla bilər”.

Azər Həsrət vurğulayıb ki, belə qərarların qəbulunda dövlətin maliyyə imkanları əsas rol oynayır:

“Biz məsələyə kənardan baxırıq. Dövlət isə işin içindədir və maliyyə imkanlarını daha düzgün qiymətləndirir. Buna görə də cəmiyyətdə uşaq pulu ilə bağlı aparılan lehinə və ya əleyhinə təbliğatların xüsusi əhəmiyyəti yoxdur. Zamanı gələndə dövlət bu məsələnin üzərinə özü gələcək”.

Şərhçi hesab edir ki, uşaq pulunun tətbiqinə başlanılarsa, bu, yüksək məbləğlə deyil, mərhələli şəkildə həyata keçirilməlidir:

“Əlbəttə, bu proses böyük məbləğlə başlaya bilməz. Kiçik məbləğdən başlanaraq zamanla artırılması daha məqsədəuyğun olar.

Azərbaycanda hələlik demoqrafik fəlakət müşahidə edilmir. Dünyanın ən inkişaf etmiş ölkələrində əhalinin artımı ciddi problemə çevrilib və dövlətlər bu prosesi təşviq etmək üçün böyük vəsaitlər xərcləyirlər.

Azərbaycanda isə hələ ki belə bir vəziyyət yoxdur”.

Siyasi şərhçinin fikrincə, gələcəkdə ölkənin iqtisadi imkanları daha da genişləndikcə, uşaq pulu məsələsi yenidən gündəmə gələ və mərhələli şəkildə tətbiq oluna bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*