Şoyqu əsir götürülən ukraynalı əsgərlərin sayını açıqlayıb
KONKRET.az xəbər verir ki, əsir düşən ukraynalı hərbçilərin ümumi sayı 6489 nəfərə çatıb. Bu barədə çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransda bildirib.
Şoyqu “xüsusi hərbi əməliyyat”ın aralıq nəticələrindən danışarkən bildirib ki, beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub, onların ümumi sayı 6489 nəfərdir.
Xuraman Etibarlı,
KONKRET.az
