backend

Şoyqudan SON DƏQİQƏ AÇIQLAMASI: "Sakit Okean Donanması müharibəyə hazırdır"

“Rusiyanın Sakit Okean Donanması müharibəyə hazırdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O, təftiş çərçivəsində Sakit Okean Donanmasının yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.

Şoyqu paytaxt Moskvada hərbi səlahiyyətlilərlə görüşdə prezident Vladimir Putinin göstərişi ilə orduda yoxlamaların aparıldığını diqqətə çatdırıb. Bunun hərbi qüvvələrin təkmilləşdirilməsi məqsədi ilə edildiyini deyən Şoyqu, Sakit Okean Donanmasının hərəkətə keçərək yüksək döyüş hazırlığı vəziyyətinə daxil olduğunu dilə gətirib:

“Yoxlamanın məqsədi potensial düşmənin okean və dəniz zonalarında təcavüzünü dəf etməküçn döyüş qabiliyyətini artırmaqdır. Donanma qısa müddətdə döyüş əməliyyatlarına hazırlaşmalı olacaq. Buna uyğun olaraq təlim planı hazırlanmalıdır”.

Şoyqu düşmənin Oxot dənizinin cənub hissəsinə, Saxalin adasına və Şimali Sakit Okeanın Kuril adalarına mümkün yerləşdirilməsinin qarşısının alınmalı olduğunu vurğulayıb. O, Rusiya Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Nikolay Evmenovun rəhbərliyi altında nəzarətin həyata keçiriləcəyi barədə məlumat verib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*