“Ssenarilərdən biri də Azərbaycanın böyük marağı olan Zəngəzur dəhlizinin açılmasıdır”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mətbuatına müsahibəsində deyib.
“Cənubi Qafqazda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Bir tərəfdən Zəngəzurda eskalasiya, digər tərəfdən İran-Azərbaycan münasibətlərinin gərginləşməsi təhlükəsi var.
Vəziyyətin necə olacağını söyləmək çətin olacaq. Amma ssenarilərdən biri də Azərbaycanın böyük marağı olan Zəngəzur dəhlizinin açılmasıdır”, – deyə politoloq bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
