Rusiya Dövlət Sosial Universitetinin tələbəsi müəllimlə Stalin repressiyaları ilə bağlı mübahisə etdiyi üçün bu təhsil ocağından qovulub və orduya çağırılıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Gəncin sözlərinə görə, mühazirə zamanı ümumi hüquq kafedrasının müəllimi Stalin repressiyalarının cinayət olmadığını bildirib. Gənc müəllimlə mübahisəyə girərək bunun əksini sübut etməyə çalışıb.
Müəllim tələbəni sinifdən qovaraq ondan dekanlığa şikayət edib. Gənci yataqxanadan çıxarıblar və bir neçə gündən sonra onun universitetdən qovulması barədə qərar verilib.
Polis tələbəyə möhlətinin artıq qüvvədə olmadığını bildirib və onu hərbi komissarlığa aparıb.
Xatirə SADİQ,
KONKRET.az
