Dövlət Statistika Komitəsinin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb.
KONKRET.az xəbər verir ki, komitə bunu dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən ölkə başçısının çağırışına uyğun olaraq həyata keçirib.
Rəhbərlik komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.
