Suat Kiniklioglu: “Türkiyənin Azərbaycan vasitəsilə bütün türk dünyasına çıxışı olması mühüm uğurdur”backend

Suat Kiniklioglu: "Türkiyənin Azərbaycan vasitəsilə bütün türk dünyasına çıxışı olması mühüm uğurdur"

“Türkiyə Azərbaycana hərbi, diplomatik və hətta mümkündür ki, kəşfiyyat baxımından dəstəklə təmin edib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyənin münaqişədəki rolunu şərh edən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun baş elmi işçisi Suat Kiniklioglu bildirib. Onun sözlərinə görə, atəşkəs bəyanatının Türkiyə üçün ən önəmli aspekti Naxçıvanla Azərbaycanı birləşdirən dəhlizin yaradılmasıdır.

“Bunun Türkiyə üçün təkcə ticarət baxımından deyil, emosional baxımdan önəmi var, çünki bu yolla Türkiyənin Azərbaycan vasitəsilə bütün türk dünyasına çıxışı olacaq”.

Kiniklioglu əlavə edib ki, Ankara bu münaqişə vasitəsilə Cənubi Qafqazda inkar olunmaz dərəcədə mühüm oyunçu olduğunu göstərdi.

Onun dediyinə görə, dünya, o cümlədən Cənubi Qafqaz yeni status-kvoları diplomatiya əvəzinə hərbi gücün müəyyən edəcəyi dövrə daxil olduğunu bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*