“Sumqayıt – Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirildibackend

“Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirildi 

“Sumqayıt – Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib, Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunub. Sumqayıt Gənclər Paytaxtının loqo və maskotu ictimaiyyətə nümayiş olunub, ardınca ilin gəncləri mükafatlandırılıb.

Tədbirin sonunda müxtəlif beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmiş və ilboyu aktiv fəaliyyət göstərən Sumqayıt gənclərinə şəhər icra hakimiyyətinin başçısı adından fəxri fərmanlar təqdim edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*