Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Rənglərin sehrli dünyası” adlı rəsm sərgisi təşkil olunub.
KONKRET.az xəbər verir ki, tədbir ASAN xidmət və “Panda School”un birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Sərgidə məktəblilərin hazırladıqları rəsm əsərləri və müxtəlif əl işləri nümayiş etdirilib.
Müsabiqə iki yaş kateqoriyası üzrə keçirilib. Birinci kateqoriyada 10 yaşadək, ikinci kateqoriyada isə 10 yaşdan yuxarı şagirdlər iştirak ediblər.
İştirakçıların təqdim etdikləri rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib və hər iki kateqoriya üzrə birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşdirilib.
Qaliblərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub. Müsabiqədə iştirak edən digər uşaqlar isə “təşəkkürnamə”lərlə təltif ediliblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların istedadlarını üzə çıxarmaq, həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini bir daha diqqətə çatdırmaq olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
