Sumqayıtda avtomobil piyadanı vurub öldürdübackend

Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Aslanova Xanım Yadulla qızını “Opel” markalı avtomobil vurub. 50 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*