Sumqayıtda qaz olmayacaqbackend

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

KONKRET.az xəbər verir ki, “Azəriqaz”- dan verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*