Sumqayıtda yol qəzasında 29 yaşlı gəncin boynu sındıbackend

Sumqayıtda yol qəzasında 29 yaşlı gəncin boynu sındı

Sumqayıt şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mədətov Mədət Elman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*