Çexiyanın paytaxtı Praqada yerləşən supermarketin işçiləri banan qutularında kokain aşkarlayıblar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Narkotiklərlə Mübarizə Baş Qərargahının mətbuat katibi Lusiya Şmoldasova məlumat verib.
Onun sözlərinə görə, mağaza ölkəyə rekord sayda (646 kiloqram) qadağan olunmuş maddələr gətirib.
Belə ki, narkotik bir kiloqramlıq kisələrdə qablaşdırılıb.
Qeyd olunub ki, müsadirə edilən narkotikin dəyəri iki milyard krona yaxındır.
İqbal Rzayev,
KONKRET.az
