Suriyada ABŞ və İranyönümlü silahlılar arasında toqquşma BAŞ VERDİbackend

Suriyada ABŞ və İranyönümlü silahlılar arasında toqquşma BAŞ VERDİ

Suriyada ABŞ və İranyönümlü silahlılar arasında toqquşma baş verib

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Prezident Co Bayden deyib ki, ABŞ ordusunun bu həftə Suriyada İranla əlaqəli obyektlərə endirdiyi hava hücumlarının əsas məqsədi ABŞ və onun tərəfdaşlarına qarşı hücumların qarşısını almaqdır.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə yazdığı məktubda Bayden çərşənbə axşamı ABŞ vətəndaşlarını həm daxildə, həm də xaricdə qorumaq vəzifəsinə, həm də ölkənin milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına uyğun olaraq zərbə endirməyi əmr etdiyini bildirib.
Yerli hərbi mənbələr agentliyə bildiriblər ki, ABŞ hərbçiləri cümə axşamı Suriyanın Deyr əz-Zor əyalətinin Mayadin şəhərində İranyönümlü qruplarla toqquşmaların üçüncü günündə bir neçə hədəfə zərbələr endirib. Onlar bildiriblər ki, ABŞ helikopterinin hücumu nəticəsində ən azı üç İrana bağlı yaraqlı öldürülüb.

Agentlik qeyd edir ki, iranpərəst yaraqlılar uzun müddətdir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyanın ən böyük bazası olan yaxınlıqdakı Əl Ömər neft yatağına hücum etməyə çalışır.

“Yaşıl kənd” kimi də tanınan hərbi baza ABŞ hərbçiləri ilə İranın dəstəklədiyi silahlılar arasında toqquşma səhnəsinə çevrilib. Cümə axşamı ABŞ bölgədə cavab zərbəsi endirib. ABŞ ordusunun məlumatına görə, son 24 saat ərzində Yaşıl kənd yaxınlığında 4 yaraqlı, 7 raket qurğusu məhv edilib.

Çərşənbə günü zərbələr prezident Baydenin Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qrupların silah-sursat anbarına və digər hədəflərə hava zərbələri endirməsinə icazə verməsindən bir gün sonra edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*