Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi Şuşada törədilən təxribatla bağlı rəsmi açıqlama yaydı.
KONKRET.az xəbər verir ki, Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb.
Hadisə nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və daha 2 hərbçimiz müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb.
