Tacikistan Patruşevin bəyanatlarını təkzib etdibackend

Tacikistan Patruşevin bəyanatlarını təkzib etdi

“Ukraynanın Düşənbədəki səfirliyinin muzdlu əsgərlər cəlb etməsi ilə bağlı Nikolay Patruşevin iddiaları əsassızdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiya və digər dövlətlərin informasiya məkanında Ukraynanın Düşənbədəki səfirliyi tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün guya muzdlular cəlb etməsi ilə bağlı bəyanatının heç bir əsası yoxdur”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Şoxin Samadi bildirib.

Bəyanatda deyilir ki, Tacikistan Xarici İşlər Nazirliyi respublikada akkreditə olunmuş diplomatların statusu ilə bir araya sığmayan hərəkətlərin qarşısını almaq üçün tədbirlər görür.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*