“Tacikistan qarşılıqlılıq prinsipinə əsaslanaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxır”.
KONKRET.az Tacikistan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumi pasportdan istifadə edərək Türkiyəyə gələn Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. İndi onlar səyahətə çıxmazdan əvvəl diplomatik nümayəndəliklərdən viza almalıdırlar.
Fərman “Resmi Gazete” nəşrində dərc olunub. Qərarın səbəbləri açıqlanmayıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Türkiyə diplomatik kanallar vasitəsilə bu qərarla bağlı Tacikistanı məlumatlandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
dünya dağıldı….konkret sevindi
Rusun siyasəti işə düşdü, qudbay türk birliyi.
Tacikistan türk deyil, farsdır.
Tacikistan türk deyil ki.🤦🏻♂️😂😂Turan birliyi davam!!
Tacikistanin Turk birliyinə nə dəxli varki? Tacik turkduku?
Taciklər türk deyil, farsdillidirlər!
Tacikin Türkə nə aidiyyatı var?Bunların türklə heç bir qarışacağı yoxdur, dilləri də fars dilidir…
Tacikistan türk birliyinə qoşulası dövlətlər arasında deyildi. Onlar türk deyil. Sadəcə bizimlə eyni dindəndirlər. müsəlmandilar..