Tanınmış aktyor anasının ölümündən 24 gün sonra atasını da itirdibackend

Tanınmış aktyor anasının ölümündən 24 gün sonra atasını da itirdi

Türkiyənin tanınmış aktyoru Zəfər Algözün atası dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə ustad aktyor üzücü xəbəri sosial media hesabında açıqlayıb.

O bildirib ki, anası Güner Algözün ölümündən 24 gün sonra atası Cevdet Algöz vəfat edib.

Qeyd edək ki, 2024-cü il martın 9-da 83 yaşlı anası Güner Algözünü itirən Zafer Algöz indi atası Cevdet Algözlə ömürlük vidalaşıb.

Atasını itirən Algöz üzücü xəbəri bu sözlərlə açıqlayıb:

“Sevimli anamızdan 24 gün sonra atamız Cevdet Algözü itirdik. 65 illik sevgililər cənnətdə görüşdülər. 4 Aprel Cümə axşamı günü günorta namazından sonra Balıkesir Burhaniye Koca məscidindən atamızla vidalaşacağıq. Onu Geriş qəbiristanlığında dəfn edəcəyik. Allah rəhmət eləsin məkanı cənnət olsun”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*