Tanınmış jurnalist bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi – FOTObackend

Tanınmış jurnalist bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi - FOTO

Xəbər verdiyimiz kimi, Antalyanın Alanya rayonunda turistləri daşıyan safari maşınının avtomobillə toqquşması nəticəsində baş verən faciəvi qəzada 3 nəfər həyatını itirib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, qəzada qazaxıstanlı jurnalist, “Zeyin Atyrau” uşaqlar üçün reabilitasiya mərkəzinin təsisçisi Araylım Bağıtjan da dünyasını dəyişib.

Atırau vilayəti merinin müavini Jasulan Bisembievin sözlərinə görə, qadınla birlikdə onun körpəsi də ölüb. Jurnalistin həyat yoldaşı isə xəstəxanada ağır vəziyyətdədir.

Türkiyə mətbuatının məlumatına görə, qəza sentyabrın 3-də baş verib. Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi safari maşını eyni istiqamətdə hərəkətdə olan avtomobilə çırpılıb. Toqquşma nəticəsində turistlərin olduğu avtomobil aşıb və qarşı zolağa çıxıb. Qazaxıstan vətəndaşı hadisə yerində, qızı və 61 yaşlı rusiyalı turist isə xəstəxanada ölüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*