Tanınmış reperın xanımı uğursuz nikahını “sərxoşluq səhvi” adlandırdıbackend

Tanınmış reperin xanımı uğursuz nikahını "sərxoşluq səhvi" adlandırdı

Rusiyadakı tanınmış reper Əlişir Morgenşternin keçmiş həyat yoldaşı, bloger Dilarə Zinatulla nikahını “sərxoşluq səhvi” adlandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, “Vpiska” YouTube şousuna müsahibəsində danışıb.

Bloger qeyd edib ki, ailə qurmaq çox ciddi addımdır. O, musiqiçi ilə toya hazır olmadığını və sərxoş olarkən reperə evlilik təklifi etdiyini vurğulayıb: “Çox içdim və evlilik təklifi etmək qərarına gəldim. Bunu belə edə bilməzsən, bu, pis nümunədir. Bu da nəticəsi. Belə ciddi addımlara hazır olmaq lazımdır”.

Qeyd edək ki, Dilarə Zinatullina 2022-ci ildə reperlə boşandıqlarını elan edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*