Tanınmış yazıçı deputatı ələ saldı: “Cənab Prezident əmr edərsə, koronavirusa yoluxaram”backend

Tanınmış yazıçı deputatı ələ saldı: “Cənab Prezident əmr edərsə, koronavirusa yoluxaram”

Tanınmış yazıçı Kəramət Böyükçöl deputat Elman Nəsirovu ələ salıb.

KONKRET.az xəbər verir ki, K.Böyükçöl E.Nəsirovdan alınan açıqlamanın sosial şəbəkədə linkinin şərh bölməsinə belə yazıb:

“Cənab prezident əmr eləsə, məmnuniyyətlə koronavirusa yoluxaram. (Elman Nəsirov)”.

Qeyd: Elman Nəsirov açıqlamasında deyib ki, bu gün o da koronovirusa görə tibbi yoxlamadan keçib, nəticəsi hələ bəlli deyil: “İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək”

E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib:

“Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insanlar onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər. Ümumiyyətlə, mən radikal müxalifətin nümayndələrinə belə koronovirusa yoluxmasını arzulamıram”.

demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*