Tarixi şəhərdə ev kirayələmək QADAĞAN EDİLDİbackend

Tarixi şəhərdə ev kirayələmək QADAĞAN EDİLDİ

İtaliyaya gələn milyonlarla turistin əsas ziyarət yeri olan, İntibah dövrünün beşiyi sayılan Florensiyada rezidensiyalar üçün maraqlı qərar qəbul edilib. Belə ki, burada yaşayış evlərinin qısa müddətli kirayəsi qadağan edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Florensiyanın meri Dario Nardella bildirib.

Onun sözlərinə görə, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) tərəfindən xüsusi ərazi kimi müəyyən edilmiş Florensiyanın tarixi şəhər mərkəzində yaşayış evlərinin qısamüddətli kirayə verilməsi dayandırılacaq.

Nardella bildirib ki, görülən tədbirlər iyunun 1-dən qüvvədə olacaq.

Onun sözlərinə görə, burada məqsəd şəhərdə yerli yaşayış yerlərini qorumaqdır.

Qeyd edək ki, Florensiyanın tarixi şəhər mərkəzində hazırda 8500 ev qısamüddətli kirayə verilib.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*