Tayvan Belarusa ixrac məhdudiyyətləri TƏTBİQ ETDİbackend

Tayvan Belarusa ixrac məhdudiyyətləri TƏTBİQ ETDİ

Çinlə suverenlik münaqişəsində olan Tayvan Rusiyanın Ukraynaya qarşı müharibəsində fəal iştirak etdiyinə görə Belarusa ixrac məhdudiyyətləri qoyub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirlik şirkətlərin xüsusi icazə olmadan Belarusa “strateji yüksək texnologiyalı məhsullar”ın ixracına icazə verilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Belarusa ixrac məhdudiyyətləri tətbiq edən Tayvan ötən ay Rusiyaya qarşı da oxşar addım atıb.

Xatırladaq ki, Belarus Rusiyanın Ukraynaya hücumunu dəstəklədiyi üçün ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Yaponiya tərəfindən də sanksiyalara məruz qalıb.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*