Tbilisi merinin müavini İlya Eloşvilinin intihar etdiyi müəyyən olunub.
KONKRET.az Report-a istinadən xəbər verir ki, faktla bağlı özünü ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.
Onun odlu silahla özünü qətlə yetirdiyi bidirilir.
***
11:41
Tbilisi merinin müavini İlya Eloşvili evində ölü tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Vitse-merin dəqiq ölüm səbəbi hələ bilinmir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Report
