Tbilisidə etirazlar yenidən BAŞLADIbackend

Tbilisidə etirazlar yenidən BAŞLADI

Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında yenidən etiraz aksiyası başlayıb.

KONKRET.az Gürcüstan mediasına istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzi prospektində toplaşıb.

Onların tələbləri arasında saxlanılan etirazçıların azad edilməsi əsas yer alıb.

Parlament binasının yaxınlığında bir neçə min insan toplaşıb, hazırda ərazi dolmaqda davam edir.

Aksiyada Gürcüstanın və Avrropa İttifaqının himnləri səsləndirilib. Əraziyə çox sayda polis və təcili tardım maşınları cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*