TƏBİB-dən Biləsuvarda baş vermiş qəza ilə bağlı AÇIQLAMAbackend

TƏBİB-dən Biləsuvarda baş vermiş qəza ilə bağlı AÇIQLAMA

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayılıb.

Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda iki nəfər müalicəsini Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam etdirir. Hər birinin vəziyyəti stabildir”.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*