Təbrizdə məktəbli qızlar zəhərləndibackend

Təbrizdə məktəbli qızlar zəhərləndi

Aprelin 4-də Təbrizin Bağmeşə şəhərciyində yerləşən “Həzrəti Məsumə” orta məktəbində 20 qız şagird kimiyəvi qazdan zəhərlənib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Aprelin 3-də isə Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində onlarla qız şagirdi zəhərlənib.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*