Təbrizdən möhtəşəm görüntü: soydaşlarımız birləşmək istədi – VİDEObackend

Təbrizdən möhtəşəm görüntü: soydaşlarımız birləşmək istədi – VİDEO

Təbrizdə keçirilən “Traktor Sazi”-“Sepahan İsfahan” oyunu ərəfəsində maraqlı anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Təbrizin “Səhənd” stadionu yaxınlığında gənclərin “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarı ilə yürüş etdiyi görüntüsü yayılıb.

Yürüşün oyundan əvvəl, yoxsa sonra baş tutması barədə məlumat verilməyib.

Qeyd edək ki, adıçəkilən oyun zamanı soydaşlarımız həmçinin türk dili ilə bağlı şüarlar da səsləndirmişdilər. Şüarlardan biri isə “Azadlıq, Ədalət, Milli Hökumət” olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*