Təcavüzə məruz qalan qadın ictimaiyyət önündə çıxış edibbackend

Təcavüzə məruz qalan qadın ictimaiyyət önündə çıxış edib

Üzü tibbi maska və tünd eynək altında gizlədilən“Talqo” qatarında bələdçilər tərəfindən təcavüzə məruz qalan qadın, anonim olsa da, açıq şəkildə çıxış edib. Bu hadisə paytaxtda cinsi zorakılığa görə cəzanın sərtləşdirilməsinə həsr olunmuş “dəyirmi masa” da baş verib.

Zərərçəkən bildirib ki, bu işi ört-basdır etmək üçün, ona dəfələrlə pul təklif edilib. Bu məbləğ onun iki aylıq qazancı qədər böyük olub. Lakin qadın təcavüzkarlara qarşı yenidən cəzanı sərtləşdirməyini tələb edir.

O qeyd edib ki, təqsirləndirilən şəxslərin qohumları ailəsini təqib edib,  valideyinlərinin ünvanını araşdırıb tapıblar. Zərərçəkənin sözlərinə görə, “qışda onlar onu 45 dəqiqə gözləyirdilər. Mənə təcavüz edənlərin ucbatından mən ömrümdən bir ili itirdim”.

“Dəyirmə masa”nın nümayəndəsi Dias Axmetşarip təcavüz qurbanından onların bağışlanmasını istəyib. Hazırda qatarın video kameralarla təchiz edilməsi məsələsinə baxılır. Dias Axmetşarip onu qeyd edib ki, təcavüzkarları işə götürənlər də işdən azad edilib.

Məclisin deputatı Nurjun Altayevin bu məsələni araşdırdığını əvvəlllər də bu cür hadisələrin baş verdiyini və bunun ilk olmadığını, qadınların daha öncə də bələdçilər tərəfindən təcavuzə uğradığını qeyd edib.

Leyla Şirməmmədova,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*